Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İndiyə qədər şəhid ailələri və müharibə əlillərinə verilən evlərin sayı açıqlanıb

İndiyə qədər şəhid ailələri və müharibə əlillərinə verilən evlərin sayı açıqlanıb

Tarix: 11 Aprel 2022 12:02

Şəhid ailələri və müharibə əlillərinə yönələn sosial ödənişlərin də son 4 ildə ardıcıl şəkildə artırılması təmin edilib.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bu gün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, həmçinin şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı 2021-ci ildə 5 dəfə genişlənib.

"Keçən il onlara 3 min mənzil, ümumilikdə ötən dövrdə 12500-dən çox mənzil və ya fərdi ev verilib.

Son 4 ildə də 1450-dək, ümumilikdə ötən dövrdə 7400 müharibə əlili minik avtomobili ilə təmin edilib", - deyə nazir müavini bildirib.


Etiketlər:  İndiyə qədər şəhid ailələri müharibə əlillərinə verilən evlərin sayı açıqlanıb


RƏYLƏR