Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2022 14:08
Salyanda örüş sahələrində süni göllər yaradılıb və əkin sahələrinin suvarılması üçün nəzərdə tutulan şirin su bu göllərə yönəldilir.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Salyanın Şorsulu kənd ərazi vahidliyindən gedir.
Sözügedən ərazidə Şorsulu və Boranıkənd kəndləri yerləşir. Sakinlərin iddiasına görə, yaradılmış göllər suyu əkin sahələri üçün nəzərdə tutulmuş su kanallarından götürür. Ona görə də əkin sahələrini suvara bilmirlər.
Onların digər problemi isə bu göllərin örüş sahələrində yaradılmasıdır. Ona görə də təsərrüfat sahibləri mal-qaranı otarmağa yer tapa bilmirlər.
Məsələ ilə bağlı Salyan Suvarma Sistemləri İdarəsindən bildiriblər ki, bu mövsümdən toxum balıqlar olmayan göllərə su verilməyəcək. Balıq olan təsərrüfatlara isə su qismən veriləcək. Yeni mövsümdən isə yalnız əkin sahələrinə suyun verilməsi nəzərədə tutulub.
Şorsulu bələdiyəsindən isə deyiblər ki, sözügedən balıq gölləri 2000-2010-cu illərdə yaradılıb. Artıq problemlə bağlı komissiya yaradılıb, əraziyyə baxış keçirilib. Vaxtı bitmiş təsərrüfat sahələrinin sahiblərinə akt tərtib olunaraq, cərimə tətbiq olunub və onlara göllərin ləğv edilməsi üçün xəbərdarlıq olunub.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: