Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ceyhun Bayramov Toivo Klaar ilə telefonla danışdı

Ceyhun Bayramov Toivo Klaar ilə telefonla danışdı

Tarix: 12 Aprel 2022 15:27

12 aprel 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında telefon danışığı baş tutub.

Milli.Az bildirir ki, tərəflər, Avropa İttifaqı Şurasının Prezidentinin vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə baş tutan görüşün davamı olaraq, bölgədə baş verən son hadisələr, iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində addımların atılması, o cümlədən gələcək sülh sazişinin hazırlanması üzrə iş, Birgə Sərhəd Komissiyasının təşkili, habelə humanitar məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Milli.Az


Etiketlər:  Ceyhun Bayramov Toivo Klaar ilə telefonla danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ