Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zaxarovadan Ermənistana mesaj – “Vəziyyəti gərginləşdirməyin”

Zaxarovadan Ermənistana mesaj – “Vəziyyəti gərginləşdirməyin”

Tarix: 14 Aprel 2022 21:04

"Sülhməramlı kontingent Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli bəyanatının müddəalarına uyğun olaraq fəaliyyət göstərir. Sözügedən səfər əvvəllər Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə razılaşdırılmayıb".

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın erməni deputatların Qarabağa daxil olmasına icazə verilməməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

"Hesab edirik ki, Rusiya sülhməramlıların 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəalarına zidd olduğu iddia edilən hərəkətləri ilə bağlı deyilənlər reallığa uyğun gəlmir. Ümid edirik ki, həm Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında, həm də Ermənistan-Azərbaycan sərhədinin ayrı-ayrı hissələrində baş vermiş insidentləri nəzərə alaraq, hər iki tərəf regionda vəziyyəti daha da gərginləşdirməkdən çəkinəcək", - Zaxarova vurğulayıb.

Bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi Rusiya sülhməramlı kontingentinin hərbçilərinin bir qrup erməni deputatını Qarabağa buraxmamasından narazılığını bildirib.

Milli.Az


Etiketlər:  Zaxarovadan Ermənistana mesaj Vəziyyəti gərginləşdirməyin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ