Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2022 23:56
ABŞ Prezidenti Cozef Bayden Ukraynaya səfər etməyə hazır olduğunu bildirib.
Sonxeber.net "Report"a istinadən bildirir ki, Merilend ştatında prezident təyyarəsinə minməzdən əvvəl Ağ Evin sahibi jurnalistlərlə ayaq üstə ənənəvi qısa söhbət edib və dialoq zamanı Baydendən administrasiya üzvlərindən birini Kiyevə göndərməyə hazır olub-olmadığı soruşulub.
Bayden cavab olaraq bildirib ki, bu məsələ ilə bağlı hələ qərar verilməyib. Lakin onda ABŞ Prezidentindən bu rola kimin müraciət edə biləcəyinə aydınlıq gətirməsi istənilib.
ABŞ-ın yüksək rütbəli məmurlarının Ukraynaya mümkün səfəri ilə bağlı sualı cavablandıran Bayden bununla bağlı qərarın verildiyini bildirib.