Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2022 11:10
Rusiyanın müstəqil Ukrayna ərazisinə genişmiqyaslı hərbi müdaxiləsi başlayandan bəri Rusiya hərbçiləri Ukraynada 198 uşağı qətlə yetirib.
Sonxeber.net bildirir ki, bu barədə Ukrayna Baş Prokurorluğun Telegram kanalında məlumat verilib.
"Rusiya Federasiyasının silahlı təcavüzü nəticəsində Ukraynada 553-dən çox uşaq zərər çəkib. Eyni zamanda, 198 uşaq ölüb, 355-dən çox uşaq yaralanıb", - məlumatda deyilir.
Baş Prokurorluq vurğulayıb ki, bu rəqəmlər yekun xarakter daşımır, çünki onların müvəqqəti işğal olunmuş və azad edilmiş ərazilərdə aktiv döyüş əməliyyatları aparılan yerlərdə quraşdırılması istiqamətində işlər davam etdirilir.
Uşaqlardan ən çox Donetsk vilayətində - 117, Kiyevdə - 105, Xarkovda - 81, Çerniqovda - 54, Nikolayda - 40, Xersonda - 38, Luqanskda - 36, Zaporojyedə - 23, paytaxtda - 16, Sumıda - 16, Jitomirdə 15 uşaq zərər çəkib.
Rusiya Federasiyasının silahlı qüvvələri tərəfindən Ukraynanın şəhər və kəndlərinin kütləvi şəkildə bombalanması və atəşə tutulması nəticəsində 1018 təhsil müəssisəsi zərər görüb, onlardan 95-i tamamilə məhv edilib.
Aslan Məmmədov