Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu xəstəxananın 50-ə yaxın əməkdaşı işdən çıxarılıb - Onların əmək haqları da verlməyib - VİDEO

Bu xəstəxananın 50-ə yaxın əməkdaşı işdən çıxarılıb - Onların əmək haqları da verlməyib - VİDEO

Tarix: 15 Aprel 2022 14:46

Abşeron rayonunda modul tipli xəstəxananın 50-ə yaxın əməkdaşı işdən çıxarılıb. Üstəlik, işlədikləri ayların əmək haqlarını da ala bilmirlər.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, şikayətçilər Elmi - Tədqiqat Kardiologiya İnstitutunun Məmmədli modul tipli xəstəxanasının təmizlik işləri üzrə nəzarətçiləri və təmizlik işçiləri, həmçinin xəstə baxıcılarıdır.

Dediklərinə görə, onlar yanvar ayında müqavilə əsasında işə götürülüblər. Son bir ay ərzində isə xəbərdarlıqsız işlərinə xitam verilib. Hələ bu azmış kimi əmık haqlarını da verməyiblər.

Şikayətçilər bildirir ki, onlar Məmmədli modul tipli xəstəxanasının baş həkimi Müslum Nursoy və  "Rish" QSC idarəsinin rəhbəri Sərdar Əsədov tərəfindən işdən kənarlaşdırıblar. Səbəb olaraq isə bildiriblər ki, xəstələrin sayı azaldığına görə təxminən 100-ə yaxın işçi cıxarılmalıdır. Mart ayının 18- də yanvar və fevral ayının maaşını alan işçilər digər ayların əməkhaqlarını ala bilmirlər. Bəzi işçilər isə maaş azlığına görə özləri ərizə yazaraq çıxıb.

Məsələ ilə bağlı TƏBİB-dən "Xəzər Xəbər"ə bildirilib ki, texniki problem yarandığına görə onların maaşlarında kecikmə olub. Artıq həmin şəxslərlə danışılıb. Bir- neçə gün ərzində onlara təyin olunan məbləğlər ödəniləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  xəstəxananın yaxın əməkdaşı işdən çıxarılıb Onların əmək haqları verlməyib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ