Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Aprel 2022 17:08
2015 - 2020-ci illərdə İngiltərə Premyer Liqasının ən azı 15 futbolçusu antidopinq qaydalarını pozub.
Sonxeber.net report-a istinadən xəbər verir ki, onlar qadağan olunmuş maddələrlə bağlı testlərdən keçə bilməyiblər. Oyunçulardan heç biri diskvalifikasiya olunmayıb.
İddiaya görə, analiz nəticələri müsbət çıxmış 15 futbolçudan 12-nin orqanizmində fiziki gücü artıran maddələr aşkarlanıb. Bu işlərdən biri ilkin hələ də araşdırılır. Hələlik futbolçulara qarşı heç bir sanksiya tətbiq edilməyib.