Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniya vətəndaşlarının yarısı...

Almaniya vətəndaşlarının yarısı...

Tarix: 18 Aprel 2022 22:14

Almaniya vətəndaşları arasında kansler Olaf Şoltsun fəaliyyətindən narazılıq səviyyəsi onun hakimiyyəti dövründə ən yüksək həddə çatıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat INSA xidmətinin "Bild am Sonntag" qəzetinin sifarişi ilə apardığı sosioloji rəy sorğusunun nəticələrində əksini tapıb.

Sorğu nəticəsində məlum olub ki, respondentlərin 49 faizi Olaf Şoltsun işini bəyənmədiyi halda, 38 faizi onun kansler kimi fəaliyyətini qənaətbəxş hesab edir. Bu, ötən il dekabrın 8-də vəzifəsinin icrasına başladığı dövrdən bu yana Olaf Şoltsun fəaliyyətindən narazılığın ən yüksək səviyyədir.

Ümumilikdə isə Almaniya vətəndaşlarının 55 faizi federal hökumətin fəaliyyətindən narazıdır. Rəyi soruşulanların yalnız 35 faizi Nazirlər Kabinetinin fəaliyyətini müsbət qiymətləndirib.

Ötən ilin sentyabrında keçirilən seçkilərdə qalib gəlmiş hakim Sosial-demokrat partiyası son 16 ildə ilk dəfə məğlub etdiyi mühafizəkar XDİ/XSİ blokundan mövqe etibarilə azacıq geri qalır. Belə ki, əhali arasında onların tərəfdarları 25 faiz, mühafizəkarların tərəfdarları isə 26 faiz təşkil edir.


Etiketlər:  Almaniya vətəndaşlarının yarısı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ