Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda İLK - Qablaşdırılma materiallarında toksikoloji parametrlərin müayinəsi aparılır (FOTO)

Azərbaycanda İLK - Qablaşdırılma materiallarında toksikoloji parametrlərin müayinəsi aparılır (FOTO)

Tarix: 13 Sentyabr 2019 11:24

Bakı. Ceyhun Ələkbərov - Trend:

Azərbaycanda ilk dəfə olaraq Qida Təhlükəsizliyi İnistitutunun laboratoriyalarında qablaşdırılma materiallarından qidaya keçə biləcək toksikoloji parametrlərin müayinəsi həyata keçirilir.

Trend-in məlumatına görə, bunu bu gün Azərbaycan Qida Təhlükəsizliyi İnistitutunda (AQTİ) media nüayəndələri üçün təşkil olunan infoturda AQTİ-nin Keyfiyyətə Nəzarət Şöbəsinin əməkdaşı Aysel Cəlilova bildirib. Onun sözlərinə görə, bu müayinələr Cənubi Qafqazda bir ilkdir:

"Hazırda Kompleks Tədqiqatlar Laboratoriyası müasir tələblərə cavab verən cihaz və avadanlıqlarla təchiz olunmuş müxtəlif təyinatlı 6 bölmədən ibarətdir. Bu bölmələrdə Cənubi Qafqazda ilk dəfə olaraq Azərbaycanda qablaşdırılma materiallarından qidaya keçə biləcək toksikoloji parametrlərin müayinəsi məhz AQTİ tərəfindən həyata keçirilir. Bildiyimiz kimi, qablaşdırılma materiallarından qidaya müxtəlif kimyəvi maddələr keçə bilər ki, həmin bu kimyəvi laboratoriya müayinələri məhz bizim mərkəzdə həyata keçirilir. Bundan başqa energetik, alkoqolsuz və alkoqollu içkilərin də toksikoloji göstəriciləri və tərkibi indentifikasiyası, laborator müayinələri burada baş tutur”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azərbaycanda İLK - Qablaşdırılma materiallarında toksikoloji parametrlərin müayinəsi aparılır (FOTO) Azərbaycanda İLK - Qablaşdırılma materiallarında toksikoloji parametrlərin müayinəsi aparılır (FOTO) Azərbaycanda İLK - Qablaşdırılma materiallarında toksikoloji parametrlərin müayinəsi aparılır (FOTO) Azərbaycanda İLK - Qablaşdırılma materiallarında toksikoloji parametrlərin müayinəsi aparılır (FOTO)


Etiketlər:  Azərbaycanda İLK Qablaşdırılma materiallarında toksikoloji parametrlərin müayinəsi aparılır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ