Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Uzun illər küsülü olan iki məşhur Əməkdar artist BARIŞDI - FOTO

Uzun illər küsülü olan iki məşhur Əməkdar artist BARIŞDI - FOTO

Tarix: 19 Aprel 2022 12:55

Əməkdar artist, Dövlət Musiqili Teatrının aparıcı aktyoru Çingiz Əhmədov uzun illər küsülü olduğu həmkarı, Əməkdar artisti Nahidə Orucova ilə barışıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, onlar Xəzər TV-nin efirində yayımlanan "Təsir dairəsi" verilişində barışıblar.

Xatırladaq ki, Çingiz Əhmədov bir neçə gün bundan əvvəl səhhətində yaranan problemlə əlaqədar əməliyyat olunmuşdu. Aktyor xəstəxanadan evə çıxdıqdan sonra Nahidə Orucova da onu ziyarət edib. Əməliyyatdan sonra həmkarı tərəfindən jest görən aktyor aralarında olan söz- söhbətə son qoyaraq onunla barışıb.

Milli.Az


Etiketlər:  Uzun illər küsülü olan iki məşhur Əməkdar artist BARIŞDI FOTO


RƏYLƏR