Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2022 16:48
ABŞ-ın Kaliforniya ştatında qətl ittihamı ilə 32 il həbsdə olan şəxs günahsız olduğu üçün sərbəst buraxılıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Xoakin Siria 1990-cı ildə San-Fransiskodakı bir xiyabanda mübahisə etdiyi şəxsi başından güllələyərək öldürdüyünə görə ömürlük həbs cəzasına məhkum edilib.
Lakin son 18 ayda aparılan araşdırmalar nəticəsində onun günahsız olduğu üzə çıxıb. San-Fransisko dairəsinin prokuroru Cesa Boudin bildirib ki, hazırda 61 yaşı olan afroamerikalı vaxtilə yalan ifadələr və polisin qanunsuz davranışı nəticəsində silahla qətlə yetirilməkdə təqsirli bilinib.