Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2022 08:54
Yunanıstan koronavirusla yaşamağa adaptasiya olur.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Tanos Plevris bildirib.
Nazir qeyd edib ki, 2 illik pandemiya dövründən sonra ölkə yeni fazaya daxil olub. Bu faza virusla birgə yaşamaqdır.
Nazir bildirib ki, ölkədə yoluxma halları 85% azalıb, əhalinin əksəriyyəti vaksin olub.
Qeyd edək ki, turizm mövsümünə hazırlıq çərçivəsində Yunanıstan bu həftənin əvvəlindən pandemiya ilə bağlı əksər məhdudiyyətləri ləğv edib.