Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2022 10:46
Hindistanın Andhra Pradeş ştatının Çodavaram şəhərində 22 yaşlı Puşpa adlı qız Elmi və Sənaye Tədqiqatları Şurasında çalışan Rama Naidu adlı alimin boğazını kəsib.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, valideynləri Puşpanı zorla Ramaya nişanlayıblar.
May ayında cütlüyün toyu olacaqdı. Bu evliliyə qarşı olan qız gələcək ərinə sürpriz etmək bəhanəsi ilə məbəddə onun görüş təyin edir.
Rama məbədə daxil olanda Puşpa onun boğazını bıçaqla kəsərək məbəddən uzaqlaşır.
Çoxlu qan itirən alim ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Tələbə qız isə polis tərəfindən saxlanılıb.
Polis zabiti S.Qothami bildirib ki, tələbə cinayət əməlinə görə universitetdən xaric edilib.