Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2022 18:05
Bu gün 96 yaşı tamam olan Böyük Britaniya kraliçası II Elizabetin şərəfinə "Barbi" oyuncağı satışa buraxılıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, gəlincikləri istehsal edən "Mattel" şirkəti 70 ildir hakimiyyətdə olması münasibəti ilə "Platin" yubileyini keçirəcək kraliça üçün bu addımı atıb. Sözügedən oyuncaqlar məhdud sayda buraxılıb.
"Barbi kraliça Elizabet"in geyimi ağ paltardan ibarətdir. Başında nənəsi kraliça Meridən miras qalmış tac, yaxasında isə kral medalları yer alıb. Sözügedən tac kraliça mərhum şahzadə Filiplə evlənərkən ona hədiyyə olunub. Çəhrayı və mavi lentlərin üzərində isə II Elizabetin atası kral VI. Corc və babası V Corcun portretləri əks olunub. Oyuncağın qutusunda Bukinqem sarayından ilhamlanaraq taxt təsvir olunub.
Xatırladaq ki, Böyük Britaniya taxtında ən uzun müddət əyləşən hökmdar tituluna sahib olan kraliça Elizabetin "Platin" yubileyi iyunun 2-dən iyunun 5-dək keçiriləcək.