Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Polişuk müharibənin nə vaxt başa çatacağını açıqladı

Polişuk müharibənin nə vaxt başa çatacağını açıqladı

Tarix: 21 Aprel 2022 18:30

NATO tərəfindən Ukraynanın inkişafı ilə bağlı təhdidlər aradan qaldırılanda Rusiyanın xüsusi hərbi əməliyyatı başa çatacaq.

Sonxeber.net bildirir ki, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB-nin ikinci departamentinin direktoru Aleksey Polişuk deyib.

"Xüsusi hərbi əməliyyat onun vəzifələri başa çatdıqdan sonra başa çatacaq. Bunlara Donbassın mülki əhalisinin müdafiəsi, Ukraynanın demilitarizasiyası və denasifikasiyası, həmçinin NATO tərəfindən inkişafı ilə əlaqədar Ukrayna ərazisindən Rusiyaya qarşı təhdidlərin aradan qaldırılması daxildir", - diplomat bildirib.

O əlavə edib ki, xüsusi əməliyyat plana uyğun davam edir. "Bütün məqsədlərə nail olunacaq", - Polişuk vurğulayıb.

Aslan Məmmədov


Etiketlər:  Polişuk müharibənin vaxt başa çatacağını açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ