Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2022 23:09
ABŞ Prezidenti Co Bayden Rusiya-Ukrayna müharibəsi ilə bağlı keçirdiyi mətbuat konfransında rusların Mariupolda nəzarəti ələ alması ilə bağlı məsələyə də münasibət bildirib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, Bayden Mariupolun Rusiyanın tam nəzarətinə keçməsi xəbərinin yalan olduğunu deyib.
"Mariupolda humanitar dəhlizlər açılmalı və dinc sakinlər təhlükəsiz yerlərə göndərilməlidir. Rusiya "bizdədir" deyir, amma Mariupolun tamamilə nəzarətə alındığına dair heç bir sübut yoxdur".
Qeyd edək ki, Rusiya müdafiə naziri Sergey Şoyqu şəhərin tam nəzarətə alındığını bildirmişdi.