Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Rusiya Ukraynadakı münaqişənin həllinə ciddi yanaşmır''

''Rusiya Ukraynadakı münaqişənin həllinə ciddi yanaşmır''

Tarix: 22 Aprel 2022 07:08

"Rusiya Ukrayna ilə bağlı diplomatik təşəbbüslərə ciddi yanaşmır".

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

Onun sözlərinə görə, Kiyev uzun müddətdir ki, Moskva ilə fikir ayrılıqlarının həllinə ciddi yanaşma nümayiş etdirir.

Prays bildirib ki, bu istiqamətdə irəliləyişin olmaması ilk növbədə Rusiya tərəfinin mövqeyi ilə bağlıdır.

Dövlət Departamentinin sözçüsü həmçinin bildirib ki, Birləşmiş Ştatlar dialoq və diplomatiya yolu ilə zorakılığa və müharibəyə son qoymağı hədəfləyən diplomatik prosesi dəstəkləyir.


Etiketlər:  Rusiya Ukraynadakı münaqişənin həllinə ciddi yanaşmır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ