Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İradə İbrahimovanın Türkiyədəki dəbdəbəli evi - FOTO

İradə İbrahimovanın Türkiyədəki dəbdəbəli evi - FOTO

Tarix: 22 Aprel 2022 11:15

Sosial şəbəkədən aktiv istifadə edən müğənni İradə İbrahimova bu dəfə də ənənəsinə sadiq qalıb.

Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, sonuncu dəfə evliliyinin 13 illiyi münasibətilə paylaşım edən sənətçi instaqram hesabında Türkiyədəki malikanəsinin görüntülərini paylaşıb.

İbrahimovanın iki mərtəbəli, hündür evi genişliyi və dəbdəbəsi ilə diqqət çəkib. İradə villasının həyətində öz zövqünə uyğun bahalı dekorativ bitkilər və güllər əkdirib.

İfaçının evinin görüntülərini yayımladığı videoda oğlu Ali də yer alıb. Geniş həyəti olan malikanənin videosu sənətçinin izləyiciləri tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, İradə İbrahimova türkiyəli iş adamı Ceyhun İzerlə ailəlidir. İfaçının İpek adlı qızı, Ali adlı bir oğlu var.


Etiketlər:  İradə İbrahimovanın Türkiyədəki dəbdəbəli FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ