Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda verilən kreditlərin həcmi 20 faizdən çox artıb

Azərbaycanda verilən kreditlərin həcmi 20 faizdən çox artıb

Tarix: 22 Aprel 2022 12:12

2022-ci ilin martında Bakıda və regionlarda verilmiş kreditlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 22,13 faiz artaraq 17,528 milyard manat təşkil edib.

Milli.Az bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən məlumat verir.

Mart ayında Bakı şəhərində verilən kreditlərin həcmi 13,699 milyard manat təşkil edib ki, bu regionlar üzrə göstəricidən 3,57 dəfə çox olub.

Bakıda milli valyutada kreditlərin həcmi 9,389 milyard manat (paytaxt üzrə ümumi kreditləşmənin 68,54 faizi) təşkil edib.

Ölkədə kreditləri üzrə orta illik faiz dərəcəsi 11,86 faiz, Bakıda 10,34 faiz olub.

Milli.Az


Etiketlər:  Azərbaycanda verilən kreditlərin həcmi faizdən çox artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ