Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda avtomobillərin şüşələrini qıraraq oğurluqlar edən şəxs saxlanılıb - VİDEO - FOTO

Bakıda avtomobillərin şüşələrini qıraraq oğurluqlar edən şəxs saxlanılıb - VİDEO - FOTO

Tarix: 22 Aprel 2022 12:56

Paytaxtın Nizami rayonunda avtomobillərin şüşələrini qıraraq oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Sonxeber.net-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş Murad Canızadə tutulub.

Onun Nizami rayonunda 5 avtomobilin şüşəsini sındıraraq dəyəri 2500 manata yaxın maqnitafon, qızıl-zinət əşyaları,saat, videoqeydiyyatçı və digər əşyalar oğurladığı müəyyən edilib. Murad Canizadənin paytaxtın digər rayonlarında analoji cinayətlər etdiyi istisna olunmur. Onun ətrafında Nizami Rayon Polis İdarəsində əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Etiketlər:  Bakıda avtomobillərin şüşələrini qıraraq oğurluqlar edən şəxs saxlanılıb VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ