Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2022 16:55
"Dostlarım çox olub. Cabbar Musayevlə dostluğum şadlıq sarayından başlayıb. Bir nəfər dedi ki, bu adam gəlib bizimlə işləyər. O vaxtdan birlikdə çalışdıq".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Elxan Şirinov "Həmin Zaur" verilişində deyib. Proqramda aparıcı Zaur Kamal sənətçini keçmiş dostu Cabbar Musayevlə barışdırmağa cəhd edib. Sənətçi isə onun təklifini rədd edib:
"Küsülü deyilik, insan saxtakarlıq etsə, heç vaxt bağışlamaram, mümkün deyil. Öz oğlumun da səhvi olarsa, bağışlamaram. Ona gözümün yağını yedizdirmişəm. Barışdırmaq üçün təşəbbüs göstərən çox olub. Rayondan sayılıb-seçilən adamlar gəliblər, amma mümkün deyil. O dünya məsələsi var. Orada haqq hesab edəcəyəm. Zəng vursa, danışaram, amma elə məntiqli söz deyərəm ki, üçümüz də pərt olarıq".
Qeyd edək ki, E.Şirinov bir neçə il əvvəl açıqlamasında xəstə vaxtlarında C.Musayevin onunla maraqlanmadığı üçün keçmiş dostundan incidiyini bildirmişdi.