Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2022 22:22
Mingəçevir şəhər 3 saylı tam orta məktəbdə özlərini narahat hiss edən yeddi şagird şəhər xəstəxanasına aparılıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə bu gün məktəbin 6a sinfində baş verib.
Belə ki, sinifdəki şagirdlərdən bir neçəsi 4-cü saatda - musiqi dərsində özlərini narahat hiss ediblər və ürəkbulanmaları olduğunu deyiblər.
Dərhal bu barədə məktəblilərin valideynlərinə bildirilib və onlar Mingəçevir Şəhər Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çatdırılıblar.
İlkin müayinə nəticəsində uşaqlarda zəhərlənmə aşkarlanmayıb. Məktəblilərin səhhəti bir neçə saat nəzarətdə saxlanıldıqdan onlar evə buraxılıb.
Bildirilir ki, sinifdə şagirdlərdən birində ürəkbulanma olub və bunu görən digər şagirdlər təşviş keçirərək, özlərində də eyni halın olduğunu düşünüblər.