Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2022 15:02
Onkoloji və dağınıq skleroz xəstələri pensiya ala biləcəklər.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili İlham Məmmədov deyib ki, onkoloji xəstələrin və dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sosial müavinət və ya əmək pensiyası almaq hüququ olacaq.
Millət vəkili bildirib ki, bu kateqoriyadan olan şəxslərə pensiya təminatında bir sıra məqamlar nəzərə alınacaq. Bu xəstəliklərdə pensiyaya çıxmaq imkanlarının əhatə dairəsi daha da genişlənəcək.
Millət vəkili əlavə edib ki, qanun layihəsinə təklif edilən dəyişiklik müzakirə olunaraq parlametin plenar iclasına tövsiyə olunub.