Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2022 16:20
Ötən gecə Rusiya Hava kosmik Qüvvələrinin yüksək dəqiqlikli hava bazalı raketləri Ukraynada 11 hərbi obyekti vurub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.
Rusiya Federasiyasının hərbi aviasiyası Ukraynanın 51 hərbi obyektini vurub
Onun sözlərinə görə, vurulan hərbi obyektlər arasında 7 dayaq məntəqsi, canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi ərazilər var: "Zərbələr nəticəsində düşmən iki rotaya qədər şəxsi heyəti, 25 zirehli texnikasını itirib. Həmçinin, Çervennoe yaşayış məntəqəsi ərazisində üç raket və artilleriya silahı anbarı məhv edilib".
Konaşenkov Rusiya hərbi operativ-taktiki aviasiyanın ötən gecə ərzində Ukraynada 66 hərbi obyekti vurduğunu söyləyib:
"Onların arasında üç komanda məntəqəsi, canlı qüvvənin və Ukrayna hərbi texnikasının cəmləşdiyi 58 ərazi, həmçinin Aleksandrovka, Komar və Boqatır yaşayış məntəqələri ərazilərində üç raket və artilleriya silahı anbarı var.
Raket qoşunları və artilleriya gün ərzində 1098 atəş tapşırığını yerinə yetirib. Zərbələr nəticəsində Çuquev qəsəbəsi yaxınlığındakı ərazidə üç Ukrayna Mi-8 helikopteri, Barevenkovo qəsəbəsinin kənarındakı "Osa-AKM" zenit-raket kompleksinin üç qurğusu, 16 silah və hərbi texnika anbarları , habelə Ukrayna bölmələrinin 33 komanda məntəqəsi məhv edilib".