Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''O məni həyata bağlayıb, ruh verib'' - 55 yaşlı Məleykə

''O məni həyata bağlayıb, ruh verib'' - 55 yaşlı Məleykə

Tarix: 23 Aprel 2022 16:45

Bu gün Xalq artisti Məleykə Əsədovanın ad günüdür.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, 55 yaşını qeyd edən aktrisa hisslərini bölüşüb. O, özünə olan arzularını belə dilə gətirib:

"Yeni yaşım gəldi, xoş gəldi... Gəlişi uğurlu olsun... Arzularım... Əsas sağlamlıq və arzularımın həyata keçməsidir. Ən əsası da Allah məni, ailəmi şeytan ruhlu insanlardan qorusun. Allah ağlımızı əlimizdən almasın. Arzularımın çox hissəsi övladımla bağlıdır. Gülərim məni həyata bağlayıb, yaşamağa, ruhdan düşməməyə ruh verib. Qızımı sağlam və savadlı görməyi özümə arzulayıram. Doğmalarım yanımda olsun. Gözəlürəkli bacılarımın sağlam və sevinc dolu gözlərini hər zaman görmək istəyirəm. Səhnəsiz Məleykə olmaz. Yeni-yeni obrazlarla tamaşacılarımı hər zaman sevindirmək isteyirəm. Səhnədə və həyatımda çəkdiyim zəhmətimin bəhrəsini, alqışını görmək istəyirəm. Arzum tükənsə mən tükənmiş olaram. Həyatım var ikən arzularım cox olacaq. Bütün arzularıma Allahın izni ilə çatacam. Nə yaxşı ki, 33 ildir sənənin Məleykəsiyəm. Ad günüm mübarək. 33 ildir sevginizlə məni alqışladığınız üçün, məni sevən tamaşaçılarıma təşəkkür edirəm. Həyat, sevincin qədər, əzabın da şirindir. Səni mənalandıran o keşməkeşlərindir. Səndən doymaq olarmı, həyat, sən nə şirinsən. Ancaq hamının deyil, sən həyatın qədrini yalnız bilənlərinsən".


Etiketlər:  məni həyata bağlayıb verib yaşlı Məleykə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ