Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ronaldo tarixə düşən qolunu ölən oğluna həsr etdi - FOTO

Ronaldo tarixə düşən qolunu ölən oğluna həsr etdi - FOTO

Tarix: 23 Aprel 2022 21:34

Dünya şöhrətli futbolçu Kriştiano Ronaldo "Arsenal" - "Mançester Yunayted" matçında vurduğu qolla tarixə düşüb.

Axşam.az xəbər verir ki, o, Premyer Liqa və La Liqada 100 qol səddini aşan ilk futbolçu olub. Hücumçu qolu oyunun 34-cü dəqiqəsində qapıya vurmağı bacarıb.

Ronaldo vurduğu qolu ölən oğluna həsr edib. Bu isə stadionda duyğusal anların yaşanmasına səbəb olub. Hər iki komandanın azərkeşləri futbolçunu 7 dəqiqə boyunca ayaqda alqışlayıb.

Qeyd edək ki, Ronaldo aprelin 18-i yeni doğulan əkiz övladlarından oğlunun vəfat etdiyini açıqlamışdı.

Milli.Az


Etiketlər:  Ronaldo tarixə düşən qolunu ölən oğluna həsr etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ