Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2022 08:39
Ukraynanın xarici işlər naziri Dimitri Kuleba Birləşmiş Millətlər Təşkilatını Mariupol limanının boşaldılması üçün Rusiyaya təzyiq göstərməyə çağırıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, "Associated Press" agentliyinə müsahibəsində Dimitri Kuleba BMT-nin Baş katibi Antonio Quttereşin Kiyevə səfərindən əvvəl Moskvaya getməsindən narahat olduğunu və onun müharibədə Rusiyanın "tələsinə" düşə biləcəyindən narahatlığını bildirib.
"Quttereş əvvəlcə bir məsələyə diqqət yetirməlidir, o da Mariupolun boşaldılmasıdır", -deyə Kuleba qeyd edib.