Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2022 11:02
Türkiyə Silahlı Qüvvələri "Pençe-Kilit" antiterror əməliyyatı çərçivəsində İraqın 50-60 km-lik dərinliyinə daxil olmağa hazırlaşır.
Sonxeber.net bu barədə "Report"a istinadən xəbər verir.
Həmin ərazidə 3 minə yaxın terrorçunun olduğu bildirilib.
Belə ki, İraqın şimalına qaçmaq istəyən terrorçuların qarşısı yerli hökumətin silahlıları tərəfindən alınır.
Məlumata görə, əməliyyat keçirilən istiqamətdə artıq bütün yollar bağlanıb. "Pençe-Kilit"in son hədəfi terrorçuların yerləşdiyi Kandil dağındakı əsas düşərgəni məhv etməkdir.
İraqın şimalındakı yerli hökumətlə bu istiqamətdə razılıq əldə olunduğu vurğulanıb.
Qeyd edək ki, aprelin 18-də başlayan "Pençe-Kilit" antiterror əməliyyatının əsas hədəfi İraqın şimalındakı Avaşin, Zap, Metina, Basyan, Gara bölgələrində terrorçuları zərərsizləşdirməkdir.