Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azarkeşlər Neymarı boykot edə bilər

Azarkeşlər Neymarı boykot edə bilər

Tarix: 14 Sentyabr 2019 01:52

Bakı. Trend:

PSJ-də Neymara görə klub rəhbərliyi ilə azarkeşlər arasında gərginlik artmaqdadır.

Trend-in məlumatına görə, klubun azarkeş qrupu Neymarın komandadan getmək istədiyini açıq şəkildə ifadə etməsindən narazılığını bildiriblər. Onlar braziliyalı oyunçuya qarşı bannerlər asacaqlarını söyləyiblər. PSJ rəhbərliyi isə azarkeş qrupundan təmkinli olmağı xahiş edib. Ancaq buna rədd cavabının verilməsi tərəflər arasında gərginliyi artırıb.

Azarkeşlərin Neymarı "Strasburq" və ya Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Real"la görüşdə boykot edəcəyi gözlənilir.


Etiketlər:  Azarkeşlər Neymarı boykot edə bilər


RƏYLƏR