Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda 8 yaşlı məktəbli intihar etdi - Məktəbdə incidirdilər...

Bakıda 8 yaşlı məktəbli intihar etdi - Məktəbdə incidirdilər...

Tarix: 27 Aprel 2022 12:48

Ötən gün Bakı şəhər Nəsimi rayonunda məktəbli intihar edib.

Sonxeber.net "Qafqazinfo"ya istinadən bildirir ki, İran İslam Respublikasının vətəndaşı, 2014-cü il təvəllüdlü N.R yaşadığı N.Şahbazov küçəsində yerləşən mənzildə özünü turnikdən asıb. Anası onu xəstəxanaya aparsa da, 8 yaşlı oğlanın həyatını xilas etmək mümkün olmayıb.

İlkin araşdırmalar zamanı gəlinən ehtimala görə, məktəbli oğlan sinif yoldaşı ilə problem yaşayıb.

R.N-in anası hadisədən əvvəl oğlunun sinif yoldaşının məktəbdə onu incitdiyini dediyini bildirib. Bundan sonra azyaşlı mənzildəki oyun otağına keçib. Bir qədər sonra isə onun anası otağa daxil olub və 8 yaşlı övladının özünü asdığını görüb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən faktı saytımıza təsdiqləyiblər. Bildirilib ki, hadisə ilə bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.


Etiketlər:  Bakıda yaşlı məktəbli intihar etdi Məktəbdə incidirdilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ