Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2022 13:36
Bir neçə gündən sonra Ramazan ayı başa çatır.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, duaların qəbul olunduğu, günahların bağışlandığı, ehtiyac sahiblərinin üzlərinin güldüyü Ramazan ayı fitrə zəkatı kimi vacib əməllə başa çatır. Bir ay boyunca nəfsini, gözünü və dilini sınağa çəkənlər müqəddəs ay bitmədən Ramazanın son vacib əməlini də yerinə yetirirlər.
Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Surxay Məmmədli deyir ki, fitrə zəkatı İslam dinində vacib hesab edilir və maddi vəziyyəti normal olan hər bir müsəlman Ramazan ayı bitmədən fitrə sədəqəsi verməlidir.
Fitrənin ümumi miqdarı ailə fərdlərinin sayına görə müəyyən edilir. Fitrənin pul şəklində miqdarını isə Qafqaz Müsəlmanları İdarəsi bu il adambaşı 10-15 manat həcmində müəyyənləşdirib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: