Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya ordusu Xarkovda Ukraynayanın "Mi-24" helikopterini vurub

Rusiya ordusu Xarkovda Ukraynayanın

Tarix: 27 Aprel 2022 21:18

Rusiya hava hücumundan müdafiə sistemləri Xarkov vilayətinin Çerkasskaya Lozovaya rayonunda Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Mi-24 helikopterini vurub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

Onun sözlərinə görə, Peski-Radkovski və Borşevka yaşayış məntəqələri ərazilərində Ukraynanın iki PUA-sı məhv edilib.

Konaşenkov qeyd edib ki, Rusiya Aerokosmik Qüvvələrinin yüksək dəqiqlikli havadan buraxılan raketləri Ukraynanın 17 hərbi obyektini vurub.

Həmçinin Ukrayna qoşunlarının iki komanda məntəqəsi, canlı qüvvə və hərbi texnikasının cəmləşdiyi 15 ərazi vurulub.

Milli.Az


Etiketlər:  Rusiya ordusu Xarkovda Ukraynayanın Mi 24 helikopterini vurub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ