Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nəsrin yenə həmin sualdan qaçdı - ''Heç anam bu qədər soruşmur''

Nəsrin yenə həmin sualdan qaçdı - ''Heç anam bu qədər soruşmur''

Tarix: 28 Aprel 2022 06:34

Aktrisa Nəsrin Cavadzadə karyerası və şəxsi həyatı ilə bağlı danışıb.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, ötən gün Bebekdə görüntülənən aktrisa müxbirlərin suallarını cavablayıb:

"Çox yorulmuşam, tətilə çıxacağam. Keçən mövsümdən yorulmağa başladım. Yaşlı pişiklərim var, bir müddət onlara baxacağam. Pərəstişkarlarım bu il ekranlarda az rol aldım deyə pis oldu. Bu məznim öz seçimim idi. Prodüser, layihə rejissorları və ya komandamın bunda bir günahı yoxdur. Hər şey pişiklərimə baxmalı olmağımla əlaqədardır. 16 yaşında 3 pişiyim var, xəstəlikləri çoxdur. Onlara  baxmaqdan işləyə bilmədim".

Nəsrin evliliklə bağlı sualları növbəti dəfə cavabsız qoyub:

"Heç anam nə vaxt evlənəcəyimi bu qədər soruşmur. Anamdan daha çox bu sualı verirsiniz. Bu işlər qismətdir, görək. Fikrimizdə heç bir tarix yoxdur, olsa, deyəcəyəm".

Qeyd edək ki, Nəsrin ötən il aktyor Gökhan Alkanla nişanlanıb.


Etiketlər:  Nəsrin yenə həmin sualdan qaçdı Heç anam qədər soruşmur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ