Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2022 16:14
Tomskda 47 yaşlı kişi uşağı zorla liftə sürüyərək boğmağa çalışıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.
Kişi sərxoş olub. Kadrlarda uşağın müqavimət göstərdiyi və ona yalvardığı görünür. Kişi isə ona, "Gedək evə, burada qorxulu nə var", - deyib. Ancaq sonradan uşağı buraxıb.
Polis artıq kişini saxlayıb. Uşaqla isə psixoloqlar işləyir.