Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Səidədən Aslan Hüseynovla bağlı qadağa

Səidədən Aslan Hüseynovla bağlı qadağa

Tarix: 28 Aprel 2022 19:55

Müğənni Səidə Dadaşova mərhum ifaçı Aslan Hüseynovla bağlı xatirələrini bölüşüb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda "7 Canlı" verilişində danışıb. Səidə Aslanın mahnılarını oxuyan sənət adamlarına qadağa qoyduğunu açıqlayıb:

"Aslan olmasa da onun ailəsinə zəng edirəm. Çox insanlara imkan verməyəcəm onun mahnılarını oxumağa. Yalandan sağlığında dostunam, "mənəm-mənəm" deyənləri yoxluğunda gördüm. Əgər nəsə istəyirsinizsə, bunu fikrinizdən çıxarın".

Səidə müğənni Rüfət Axundovun onun mahnısını oxumasına "Rüfət ortaq dostumuz idi. Mən bilirəm ki, Aslan kimə qadağa qoyub, kimə yox" reaksiyasını verib.

Qeyd edək ki, A.Hüseynov avtomobil qəzasında dünyasını dəyişib. 

Milli.Az


Etiketlər:  Səidədən Aslan Hüseynovla bağlı qadağa


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ