Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2022 18:48
Avrokubokların yarımfinal mərhələsinin ilk oyunlarından sonra UEFA-nın klub reytinqi açıqlanıb.
Sonxeber.net apasport.az-a istinadən xəbər verir ki, ilk "100-lük"də bəzi dəyişikliklər qeydə alınıb.
Azərbaycanın ən yaxşı təmsilçisi "Qarabağ"ın mövqeyi dəyişməz qalıb. 25,000 xala malik Qurban Qurbanovun yetirmələri 63-cü yerə şərikdir. PAOK və "Başakşəhər"in eyni xalı var.
"Üçlük" üçün real təhlükə yaranıb. Bu, mübarizəni davam etdirən "Lester"dir. "Roma" ilə heç-heçədən sonra (1:1) xal hesabını 23,000-ə çatdıran "tülkülər"i "Qarabağ"dan bir qələbə ayırır. 2 pillə irəliləyən İngiltərə klubu 69-cu yerə şərikdir.
Qeyd edək ki, siyahıya 138,000 xala malik "Bavariya" başçılıq edir.