Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ağadadaş Ağayevə xəstəliyində heç kəs kömək etmədi''

''Ağadadaş Ağayevə xəstəliyində heç kəs kömək etmədi''

Tarix: 29 Aprel 2022 20:10

"Ağadadaş Ağayevə xəstəliyində heç kəs kömək etmədi. Dövlət rəhbərindən başqa heç yerdən yardım olmadı. Lazımi köməkliyi dövlət başçısı edib".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı "Günün sədası" proqramında deyib. Aktrisa xərçəngdən əziyyət çəkən və 6 dəfə müalicə olunan Xalq artisti Ağadadaş Ağayevin Prezident təqaüdü almasını istədiyini bildirib:

"Prezident təqaüdü almır, amma almalıdır. Hər kəsin haqqı verilməlidir. Ağadadaşın 20, 25, 35 yaşı olsaydı, deyərdim tezdir. 60 yaşından verirlər. İndi verilməlidir. Bu işlərə elə adam baxır ki, bilirəm, haqqı haqqa qurban verməyən qadındır. İnanıram veriləcək. Pulunu saymıram. Onun Prezident təqaüdçüsü adını sayıram".

Milli.Az


Etiketlər:  Ağadadaş Ağayevə xəstəliyində heç kəs kömək etmədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ