Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İskəndər-M'' raketləri Belarusdan Ukraynaya doğru yönəlib

''İskəndər-M'' raketləri Belarusdan Ukraynaya doğru yönəlib

Tarix: 30 Aprel 2022 21:38

Rusiyanın "İsgəndər-M" raketləri Belarus ərazisindən Ukraynaya doğru yerləşdirilib.

Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı xəbər verir.

Bundan əlavə, Belarus silahlı qüvvələrinin bölmələri Ukrayna ilə sərhədin Brest və Qomel vilayətlərində hərbi tapşırıqları yerinə yetirir.

"Ukraynada Belarusla sərhəd ərazilərdə təxribatın mümkünlüyü istisna edilmir. Hərbi və mülki infrastruktura raket və bomba hücumları təhlükəsi hələ də qalmaqdadır", - Baş Qərargah qeyd edib.

Bundan əlavə, Severski istiqamətində Ukraynanın Rusiya ilə həmsərhəd rayonlarında, həmçinin Zaporojye, Dnepropetrovsk, Donetsk, Luqansk və Xarkov vilayətlərinin yaşayış məntəqələrində infrastruktur obyektlərini atəşə tutmaqda davam edir.


Etiketlər:  İskəndər raketləri Belarusdan Ukraynaya doğru yönəlib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ