Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Evdə ürəyi necə yoxlamalı? - Həkimdən sadə üsul

Evdə ürəyi necə yoxlamalı? - Həkimdən sadə üsul

Tarix: 3 May 2022 16:03

Ev şəraitində ürəkdə problem olub-olmamasını yoxlamaq mümkündür. Bunun üçün sadə üsulu bilnməlisiniz.

Sonxeber.net Bakupost.az-a istinadən xəbər verir ki, həkim terapevt Marat Farraxov ürəyin fiziki yükə reaksiyasını evdə yoxlamaq üçün test barədə məlumat verib.

Əvvəlcə kürəyi üstə döşəmədə 5 dəqiqə uzanırsız və bədən gərginliyini azaldırsız. Bu vəziyyətdə pulsoksimetr və ya özünüz nəbzi 1 dəqiqədə sayırsız və qeyd edirsiz.

Daha sonra ayağa qalxıb, 1 dəqiqə dayanıb, nəbzi yenidən sayırsız.

Sonra evin içində oturub qalxıb, yüngül bir iş görüb həmin dəqiqə nəbzi sayırsız.

Əgər nəbz sayları arasında 25 vurğu fərq varsa, siz təcili kardioloqa yazılmalısız.

Məsələn, uzanan yerdə nəbzini 80 oldu. Ayağa qalxdız 100-ü keçdi, bir qədər hərəkət edəndə 110-a çatdısa, deməli, nəbz arasında vəziyyətə uyğun olaraq fərq çoxdur.

Sağlam ürəkdə bu göstəricilər kəskin qalxmamalıdır və çox tez normaya düşməlidir.


Etiketlər:  Evdə ürəyi necə yoxlamalı Həkimdən sadə üsul


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ