Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dəvət olunduğu məclisdə səhnədən qovuldu

Dəvət olunduğu məclisdə səhnədən qovuldu

Tarix: 4 May 2022 03:15

Dubaydan yenicə qayıdan müğənni eqor Qrid Moskvada bir ad gününə dəvət alıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, sənətçinin 18 yaşlı qızın məclisindəki çıxışı səbəbkarın anasının xoşuna gəlməyib. O, mahnı ifa edərkən səhnədən qovulub.

Gecə üçün 4 milyon rubl qonorar alan Eqor Twitch-d canlı yayıma girərək, yaşadığından bəhs edib.

"Karyeram boyunca heç vaxt başıma belə hadisə gəlməyib. 7 mahnı oxudum. Səkkizinci mahnım "Дэнсерс" oldu. Qızlar rəqs edirdi, sonra dincəlmək istədim. Sonra bir qadın yaxınlaşdı və qışqırmağa başladı: nə üçün bu qədər pul ödəyirlər? Hər zaman belə dəvətlərdə narahat oluram. çünki insanlar içki içir və dava salır. Bu qadın isə heç də spirtli içkinin təsirində deyildi"deyə, o, söyləyib.

Məclis sahibi Qridi fonoqram oxumaqda günahlandırıb. İfaçı bildirib ki, yaşananlardan sonra məclis sahibləri onun otağına gəlib və ikiqat artıq qonorar ödəyəcəklərini, səhnəyə qayıtmasını istədiklərini bildirib. 

O isə təklifi qəbul etməyib, əvvəl aldığı pulu da geri qaytararaq məclisdən gedib. 

Milli.Az


Etiketlər:  Dəvət olunduğu məclisdə səhnədən qovuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ