Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qadını zorlayan futbolçuya hökm oxundu

Qadını zorlayan futbolçuya hökm oxundu

Tarix: 4 May 2022 18:42

"Selta"nın hücumçusu Santi Mina cinsi təcavüzə görə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Sonxeber.net apasport.az-a istinadən xəbər verir ki, hadisə 2017-ci ildə iyunun 16-da baş verib.

İspaniyanın gənclər millisinin sabiq üzvü həmin gün digər futbolçu David Qoldarın mikroavtobusuna daxil olaraq oradakı bir qadına birlikdə olmağı təklif edib. Zərərçəkən imtina etsə də, 27 yaşlı futbolçu buna məhəl qoymayaraq, ona cinsi təcavüz edib.

Məhkəmə həmçinin Minanı 50 min avro cərimə ödəməyə vadar edib və növbəti 12 il ərzində zərərçəkənə 500 metrdən çox yaxınlaşmağa qadağa qoyub.

Qeyd edək ki, Santi Mina bu mövsüm "Selta"nın heyətində 36 oyuna çıxıb, 9 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.


Etiketlər:  Qadını zorlayan futbolçuya hökm oxundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ