Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bir neçə yüz ətraf mühit fəalı Frankfurt avtosalonunun girişini bağladı

Bir neçə yüz ətraf mühit fəalı Frankfurt avtosalonunun girişini bağladı

Tarix: 15 Sentyabr 2019 17:40

Bakı. Trend:

Bir neçə yüz nümayişçi Almaniyanın Frankfurt şəhərində keçirilən beynəlxalq avtomobil şousunun əsas girişini bağlayıblar.

Trend-in məlumatına görə, aksiya "Sürət qutusundakı qum" devizi altında keçirilir."Bununla belə sərgini ziyarət etmək olar. İnsanlar, başqa yollara yönəldilib", - polisdən bildirilib. Nümayişçilər əllərində "Hakimiyyəti qayğısından məhrum et", və digər radikal plakatlar tutublar. Etirazları təşkil edən təşəbbüs qrupu salonun işini pozmaq niyyətində olduqlarını açıqlayıblar. "Bununla da əvvəllər olduğu kimi avtomobil satıcıları tərəfindən dəstəklənən dağıdıcı nəqliyyat sisteminə qarşı açıq bir siqnal göndəririk" açıqlamada deyilir.

Qeyd edək ki, şənbə günü Frankfurt şəhərində ətraf mühit aksiyalarında 15 minə yaxın insan iştirak etdi.


Etiketlər:  Bir neçə yüz ətraf mühit fəalı Frankfurt avtosalonunun girişini bağladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ