Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

CNN: ABŞ kəşfiyyatı Ukraynaya “Moskva” kreyserini vurmaqda kömək edib

CNN: ABŞ kəşfiyyatı Ukraynaya “Moskva” kreyserini vurmaqda kömək edib

Tarix: 6 May 2022 08:08

Qara dənizdə Rusiyanın "Moskva" kreyserinin Neptun raketləri ilə vurulması zamanı Ukrayna tərəfi ABŞ-dan kəşfiyyat məlumatı alıb.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə CNN-ə ABŞ müdafiə nazirliyindəki vəziyyətlə tanış olan mənbələr bildirib.

"Qara dənizdə Rusiyaya məxsus döyüş gəmisini görən Ukrayna qüvvələri onun həqiqətən də "Moskva" kreyseri olduğunu təsdiqləmək üçün Amerika tərəfi ilə əlaqə saxlayıb. Amerika tərəfi bunun "Moskva" kreyseri olduğunu deyib",- deyə mənbə bildirib.

Eyni zamanda, ABŞ-ın Ukrayna tərəfinin kreyserə zərbə hazırladığı haqqında məlumat dəqiq deyil. Ukrayna Silahlı Qüvvələri bu barədə müstəqil qərar verib və ABŞ gəminin vurlmasına qarışmayıb.

Bu məlumatı cümə axşamı adı çəkilməyən rəsmilərə istinadən "NBC News" də təsdiqləyib.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi "Moskva" kreyserinin təyinat limanına çəkilməsi zamanı sursatların partlaması nəticəsində yanğın baş verdiyini bildirimişdi. Yanğından gövdəyə ziyan dəydiyi üçün gəmi dayanıqlığını itirib və fırtınalı dənizdə batıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı kreyserin Ukrayna istehsalı olan "Neptun" tipli iki gəmi əleyhinə raketlə vurulduğunu bildirib.


Etiketlər:  ABŞ kəşfiyyatı Ukraynaya Moskva kreyserini vurmaqda kömək edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ