Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2022 18:00
Ukraynada yaranmış vəziyyətlə əlaqədar olaraq ölkəni tərk etmək məcburiyyətində qalan 9 soydaşımız Xerson vilayətindən Rusiya paytaxtına gətirilib, oradan isə Azərbaycana təxliyə olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, təxliyə edilənlərdən 2-si Ukrayna, 7-si Azərbaycan vətəndaşıdır. Onlar Moskvadan Bakıya təyyarə reysi ilə yola salınıb.
Soydaşlarımızın müharibə və humanitar böhran bölgəsindən çıxarılması və ölkəmizə gətirilməsi Azərbaycan dövlətinin hesabına həyata keçirilib.