Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Super Liqanı tərk edən son klublar da müəyyənləşdi

Super Liqanı tərk edən son klublar da müəyyənləşdi

Tarix: 7 May 2022 08:52

Türkiyə Super Liqası ilə vidalaşaraq növbəti mövsümdən 1-ci liqada çıxış edəcək son klubların adına aydınlıq gəlib.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunlar "Altay" və "Çaykur Rizəspor" olub.

Çempionatın 36-cı turunda "Qaziantep" "Kayserispor"la heç-heçə edib. "Qaziantep" xallarının sayını 43-ə çatdırıb və hazırda 16-cı pillədə qərarlaşır. Bununla da qarşıda 3 matçı qalan və 33 xalı olan "Altay" və "Çaykur Rizəspor" Super Liqada qalmaq üçün bütün şanslarını itiriblər.

Qeyd edək ki, bundan əvvəl "Göztəpə" və "Yeni Malatya" klublarının da əsas liqanı tərk etməsi rəsmiləşib.


Etiketlər:  Super Liqanı tərk edən klublar müəyyənləşdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ