Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2022 14:16
Abşeron rayonunda övladları 13 saylı bağçaya gedən valideynlər onların qidalanmasından narazıdırlar.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Abşeron rayonu, Novxanı kəndində bir qrup valideyn 13 saylı körpələr evi-uşaq bağçasında övladlarına nəzərdə tutulan qidanın vermədiyini iddia edirlər.
Onların sözlərinə görə, həftə ərzində uşaqlara makaron və qarabaşaqdan başqa heç nə verilmir. İddia edirlər ki, bəzi hallarda isə uşaqlar evə ac gəlirlər.
Körpələr evi-uşaq bağçasının müdiri Gülər Nəsibova isə valideynlərin iddiasının tam əsassız olduğunu bildirib. Vurğulayıb ki, 113 yerlik, 6 qrupluq bağçada uşaqlara qida nəzərdə tutulmuş menyu əsasında verilir. Gün ərzində verilən yeməklərdən nümunələr saxlanılır.
Məsələ ilə bağlı Abşeron rayon Təhsil şöbəsindən isə bildirildi ki, valideynlərin şikayəti əsasında uşaq bağçasında araşdırma aparılır.