Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da Pensiya Fondu İlon Maskı məhkəməyə verib

ABŞ-da Pensiya Fondu İlon Maskı məhkəməyə verib

Tarix: 7 May 2022 21:30

Orlando Polisinin Pensiya Fondu amerikalı milyarder İlon Maska qarşı "Twitter"i 44 milyard dollara almaq niyyətinə görə məhkəməyə müraciət edib.

Sonxeber.net "Report"a istinadən bildirir ki, iddia Delaver ştatının məhkəməsinə verilib. Fond şirkətin səhmdarlarından biridir. O, təkid edir ki, ştat qanunlarına görə, səhmlərin üçdə ikisinin sahiblərinin razılığı olmadan Mask 2025-ci ilə qədər "Twitter"im alınması ilə bağlı müqaviləni tamamlaya bilməz.

Məhkəmə sənədlərinə görə, Mask Twitter-in səhmlərinin 9%-dən çoxunu əldə etdikdən sonra "maraqlı səhmdar" statusu alıb və bu, sövdələşmənin təxirə salınmasını zəruri edir. "Twitter" məlumata münasibət bildirməyib.


Etiketlər:  ABŞ Pensiya Fondu İlon Maskı məhkəməyə verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ