Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2022 20:50
"Rusiyanın vəhşiliyindən, Luqanskda orta məktəbi bombalamasından dəhşətə gəldim".
Sonxeber.net bildirir ki, Britaniyanın xarici işlər naziri Elizabet Trass Twitter-dəki akkauntunda Ukraynanın Luqansk vilayətindəki Beloqorovka qəsəbəsində yerləşən orta məktəbin bombalanması nəticəsində 60 nəfərin həlak olmasını belə şərh edib.
"Mülki şəxslərə və mülki infrastruktura bilərəkdən, qəsdən zərbələrin endirilməsi hərbi cinayətə bərabərdir. Putin rejiminin məsuliyyətə cəlb olunmasını təmin edəcəyik", - E.Trass yazıb.
Xatırladaq ki, Beloqorovka qəsəbəsindəki məktəbə raket zərbəsi nəticəsində bina darmadağın olub. Zirzəmiyə sığınmış 90 nəfərdən 60 nəfər həlak olub.
Dağıntılar altından 30 nəfər çıxarılıb. Onların 7 nəfəri yaralıdır.
Ukraynanın Dövlət Fövqəladə Hallar Xidməti dağıntılarda xilasetmə işlərinin davam etdiyini bildirib.