Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2022 11:32
Rusiya Ukraynaya təcavüzünün başlanğıcında dəqiq zərbələr endirmək və ikinci dərəcəli itkilərin qarşısını qalmaq qabiliyyətini açıq şəkildə təbliğ edirdi. Rusiya bu səbəbdən Ukrayna şəhərlərinin bombardmanlardan təhlükəsiz olacağı bildirirdi.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub. Qeyd olunub ki, münaqişə Rusiyanın müharibədən əvvəlki gözləntiləri xaricində davam etdiyi üçün onun idarə olunan sursat ehtiyatı çox güman ki, xeyli tükənib.
"Bu Rusiyanı istifadəsi mümkün olan, lakin etibarsız, qeyri-dəqiq və asanlıqla qarşısı alınan köhnəlmiş sursatlardan istifadə etməyə məcbur edib. Rusiya artıq istifadə etdiyi idarəolunan raketlərin yerini doldurmasında çətinlik çəkcək", - deyə məlumatda qeyd olunub.
Əlavə olunub ki, Rusiyanın Ukraynaya hücumu onun genişmiqyaslı dəqiq zərbələr endirmək qabiliyyətindəki çatışmazlıqları üzə çıxarıb.
Vurğulanıb ki, Rusiya Ukraynanın qəsəbə və şəhərlərini dinc əhali arasında itkiləri nəzərə almadan və ayrıseçkilik etmədən intensiv bombardmanlara məruz qoyub.